Rusiya “Qiyamət günü” silahını göstərdi – Video

21:37 | 19.07.2018
Rusiya “Qiyamət günü” silahını göstərdi – Video

Rusiya “Qiyamət günü” silahını göstərdi – Video

Rusiya Müdafiə Nazirliyi xaricdən çox böyük torpedanı xatırladan "Poseidon” sistemini təqdim edib.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı "RİA Novosti” agentliyi məlumat yayıb.
Videoçarx "Poseidon” nümunəsinin stabilizator təkərlərinin yoxlanılması ilə başlayır. Daha sonra animasiya vasitəsilə quru və dəniz hədəflərinə doğru atəş açılır.
Rusiya MN-dən bildirilib ki, 2017-ci ilin dekabrında bu silahın sınaq dövrü uğurla başa çatıb.
"Status-6” kimi tanınan "Poseidon” aparatının hazırlanması ilə bağlı ilk məlumatlar 2015-ci ilin noyabrında yayılıb. 2018-ci ilin martında Rusiya prezidenti Vladimir Putin rəsmən bu silahın varlığını təsdiq edib.
2018-ci ilin aprelində Böyük Britaniyada "Status-6” "Qiyamət günü” adlandırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb