Rusiya XİN-dən Qarabağ açıqlaması

21:35 | 23.11.2017
Rusiya XİN-dən Qarabağ açıqlaması

Rusiya XİN-dən Qarabağ açıqlaması

"Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində olacaq”.

 AzərTac xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana son səfərini şərh edərək deyib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ, nəhayət, nizamlansın”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb