Rusiyada general həbs edildi

Dünya 24-05-2018 15:53
Rusiyada general həbs edildi
Rusiya Müdafiə Nazirliyinin general-mayoru Aleksandr Oqloblin orduda məxfi və xüsusi rabitə sisteminin modernləşdirilməsi dövlət proqramının reallaşdırılması zamanı külli miqdarda dələduzluq etməsi ittihamı ilə həbs edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Kommersant” nəşri mənbəyə istinadla məlumat yayıb. 

Həbslə bağlı qərarı 235-ci qarnizon hərbi məhkəməsi çıxarıb. Oqloblin qərardan Moskva Hərbi Məhkəməsinə şikayət edib. Ancaq Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 

İstintaq materiallarına görə, 2013-cü ildə reallaşdırlan proqram zamanı 460 milyon rubl (7,5 milyon dollar) oğulanıb. 

www.anews.az