Rusiyalı məşhur döyüşçü Bakıya gəlir

17:06 | 14.06.2018
Rusiyalı məşhur döyüşçü Bakıya gəlir

Rusiyalı məşhur döyüşçü Bakıya gəlir

MMA çempionu, Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı Həbib Nurməhəmmədov iyunun 18-də Bakıya gələcək. 

Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "İnstagram” səhifəsində məlumat verib.

Bildirib ki, Müqəddəs Ramazan bayramından sonra Azərbaycanda olacaq: "Bakı, tezliklə mən gəlirəm”. 

Dünən məlum olub ki, səfər Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və  Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə həyata keçirilir. 

Qeyd edək ki, Həbib Nurməhəmmədov iyunun 18-də Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saat 16:00-da Əl Oyunları İdman Sarayında idman ictimaiyyəti, bu idman növü ilə məşğul olan idmançılar və öz fanatları ilə görüşəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM