Rusiyanın “Birinci” kanalında rüşvət qalmaqalı

20:30 | 15.02.2019
Rusiyanın “Birinci” kanalında rüşvət qalmaqalı

Rusiyanın “Birinci” kanalında rüşvət qalmaqalı

Rusiyanın "Birinci” telekanalı "Kim? Nə? Harada?” intellektual verilişinin magistrantı Aleksandr Druz və "Kim milyonçu olmaq istəyir?” verilişinin baş redaktoru İlya Beri telekanaldan kənarlaşdırıb.

Bu barədə "İnterfaks” kanalın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Telekanal rəhbərliyi Druz və Beranın hərəkətlərini qeyri-etik və yolverilməz hesab edir, yaranmış qalmaqalın "Kim? Nə? Harada? verilişinin və ümumilikdə telekanalın nüfuzuna xələl gətirdiyini bildirib.

"Çəkiliş qrupundan heç kimin proqram iştirakçıları ilə sual və cavabları müzakirə etməyə haqqı yoxdur, bu qayda heç vaxt pozulmayıb”, - deyə "Krasnıy kvadrat” ("Kim milyonçu olmaq istəyir?” proqramını idarə edən şirkət) teleşirkətinin baş direktoru bildirib.

Xatırladaq ki, fevralın 12-də "Kim milyonçu olmaq istəyir?” verilişinin baş redaktoru Ber Druzun ona rüşvət təklif etdiyini iddia edib. Onun sözlərinə görə, magistrant oyun ərzində daha çox mükafat qazanmaq üçün sualları və cavabları öncədən ona bildirməyini istəyib. Qarşı tərəf bu iddiaların əssassız olduğunu bildirərək, Beri təxribatda ittiham edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti