Rusiyanın kəşfiyyat şefi bütün SİRLƏRİ AÇDI: iş otağımda...

23:00 | 09.12.2018
Rusiyanın kəşfiyyat şefi bütün SİRLƏRİ AÇDI: iş otağımda...

Rusiyanın kəşfiyyat şefi bütün SİRLƏRİ AÇDI: iş otağımda...

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları öz fəaliyyətində bütün müasir formalardan və alətlərdən istifadə edirlər.
Publika.az xəbər verir ki, bu haqda idarənin direktoru "Rossiya 1” telekanalına müsahibəsində idarənin direktoru Sergey Narışkin bildirib.
O, mobil telefonlar, sosial şəbəkələr və nağdsız haqq-hesabların bu alətlərdən bir hissəsi olduğunu bildirib. Xarici Kəşfiyyat Xidmətinin direktoru etiraf edib ki, özü internetdən və mobil telefondan ancaq xidməti kabinetindən kənar istifadə edir. Narışkinin onun sözlərinə görə, işə gələrək mobil telefonu söndürür və uzaq otağa aparır.
Narışkin həmçinin bildirib ki, onun idarəsi praktik olaraq bütün qitələrlə kəşfiyyat əməkdaşlığı edir.
Qeyd edək ki, Sergey Narışkin 2016-cı ilin oktyabrından Xarici Kəşfiyyat Xidmətinə başçılıq edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM