Rusiyanın xarici işlər nazirliyindən Qarabağla bağlı BƏYANAT

19:18 | 13.09.2018
Rusiyanın xarici işlər nazirliyindən Qarabağla bağlı BƏYANAT

Rusiyanın xarici işlər nazirliyindən Qarabağla bağlı BƏYANAT

Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə açıqlama verib.
"Ölkə.Az” xəbər verir ki, Zaxarovanın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyi dəyişməz olaraq qalıb.
"Biz təbii ki, deyilənləri, Qarabağ probleminin nizamlanması ilə bağlı səsləndirilən bəyanatları, Ermənistanda və Azərbaycanda atılan addımları analiz edirik. Mən xatırlatmaq istəyirəm ki, Rusiyanın mövqeyi bu məsələdə dəyişməz olaraq qalıb”, - deyə Zaxarova bildirib.
Rusiyalı diplomat qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədri kimi tərəflərə vasitəçilikdə kömək etmək, kompromis əldə etmək üçün lazım olan addımları atmağa hazırdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb