Rusiyaya medal qazandırmış idmançıda dopinq çıxıb

17:00 | 19.02.2018
Rusiyaya medal qazandırmış idmançıda dopinq çıxıb

Rusiyaya medal qazandırmış idmançıda dopinq çıxıb

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi müsbət nəticə verib.

Anews.az xəbər verir ki, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb. 

İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb. Artıq onun akkreditasiyası əlindən alınıb. İdmançı Olimpiya Kəndini tərk etməli olub.

Qeyd edək ki, Olimpiadada Aleksandr Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar.

Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Olimpiadada qazandığı ilk medaldan məhrum edilmə təhlükəsi ilə üzləşib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb