• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Rövşən Lənkəranski ilə bağlı ŞOK İDDİA: Sağdır

Rövşən Lənkəranski ilə bağlı ŞOK İDDİA: Sağdır
03.05.2018 11:42
Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin sağ olması ilə bağlı xəbər yayılıb.

"A24.az” xəbər verir ki, bu barədə iddianı irəli sürən şəxs isə Lənkəranskinin yaxın adamlarından biridir.

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən şəxs iddia edir ki, Rövşən Caniyev ölməyib, sağdır və tanınmaması üçün üzündə əməliyyat etdirib:

"Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinq hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o həyatdadır, ölməyib və kənardan olan bitən hər şeyi izləyir”.

İddiaçı dediklərinə o qədər əmindir ki, hətta redaksiyamıza Rövşən Lənkəranskinin əməliyyatdan sonrakı görünüşünün şəkillərini də yollayıb.
 


İddiaçı Əvəz Əliyev etiraf edib ki, bu məlumat Rövşən Lənkəranskinin istəyi ilə ötürülür:

"Əlbəttə, xalq inanmayacaq, amma bu məlumat düzgündür. Çox az sayda insan bilir ki, Rövşən yaşayır. Atdığım hər iki şəklə diqqətlə baxılsa, mimikalarından, bir də ki, gözündən tanımaq olacaq. Bir məsəl var: insanı dostundansa, düşməni yaxşı tanıyır. Odur ki, Rövşəni düşmənləri yaxşı tanıyır. Baxsalar biləcəklər. Tam əminliklə deyirəm, 100 faiz tanıyacaqlar ki, şəkildəki həqiqətən də Rövşən Caniyevdir”.

İddiaçı Əvəz Əliyev bu məlumatın nəyə görə yayılmasının səbəbini də bu cür izah etdi:

"Qoyulmuş qanundan kənar hərəkətlərə əməl olunur. Özbaşınalıqdır, bir sözlə, elə bil ki, quduz iti açmısan çölə, istədiyini qapır, quduz edir. Bu məlumatın hardan götürülməsi ilə bağlı, problem yoxdur, adımı, soyadımı, telefon nömrəmi də sayta yerləşdirə bilərsiniz.

Məlumatı yaymağımızda səbəbimiz var. Bu da məktəblərlə bağlıdır. Düşmənlər bilsin ki, Rövşən Caniyev yaşayır”.

Qeyd edək ki, "Lənkəranski” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet, qanuni oğru Rövşən Caniyev 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub.

Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Hadisə zamanı Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol