Saakaşvili erməniləri qorxuya saldı, Qarabağ əldən gedə bilər

10:57 | 09.08.2018
Saakaşvili erməniləri qorxuya saldı, Qarabağ əldən gedə bilər

Saakaşvili erməniləri qorxuya saldı, Qarabağ əldən gedə bilər

Keçmiş prezidentin dedikləri ermənilərin yuxusunu ərşə çəkib
 
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermэnistandakı hadisələrə xüsusi diqqəti erməni siyasətçiləri çox narahat etməyə başlayıb. Verdiyi çoxsaylı müsahibələrində, dünya mətbuatında dərc edilən məqalələrdə Saakaşvili mütləq şəkildə Ermənistana, onun yeni rəhbərliyinə, eləcə də davamçısı adlandırdığı Nikol Paşinyana geniş yer ayırır. Keçmiş prezident, qubernator hesab edir ki, bu Cənubi Qafqaz ölkəsinin yeni rəhbərliyi onun izi ilə gedir və onun etdiyi islahatları etmək istəyir.
 
Burada dövlət çevrilişi edən erməni gənclərinin son illərdə Saakaşvilinin gürcü inqilabı haqqında kitabına böyük maraqlarının olmasını qeyd etmək yerinə düşür.
 
Nə üçün Gürcüstanın keçmiş prezidentinin belə xüsusi diqqəti erməni siyasətçiləri narahat edir? Onlar  keçmiş dövlət başçısının dediklərinin Ermənistanda cəmiyyəti iki hissəyə bölmək istiqamətində irəliləyən siyasi prosesləri daha da sürətləndirəcəyindən qorxurlar. 
 
Bundan başqa yerli ekspertlər hesab edirlər ki, Saakaşvilinin Ermənistan haqqında bəyanatları antirusiya xarakteri daşıyır. O, birbaşa deyir ki, Rusiyanın Cənubi Qafqaza təsirini azaltmaq lazımdır. İrəvanda da məhz bundan qorxurlar. Amma Paşinyan və komandası qərbə can atır. Ancaq anlayırlar ki, belə olsa onlar ucuz Rusiya qazından, silah alışına dair güzəştlərdən, kreditlərdən məhrum ola, ən əsası isə Qarabağı itirə bilərlər.
 
Bu gün bir çox rusiyalı ekspert iddia edir ki, Paşinyan da sonu Saakaşvili kimi olacaq. Lakin bu proses daha tez baş verəcək.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb