Saakaşvili Niderlanda getdi

17:06 | 14.02.2018
Saakaşvili Niderlanda getdi

Saakaşvili Niderlanda getdi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib.

Trend-in məlumatına görə, o, bir neçə Avropa ölkəsində görüşlər keçirəcək.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib. Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb