Saakaşvili qətldə suçlanır

13:50 | 18.10.2018
Saakaşvili qətldə suçlanır

Saakaşvili qətldə suçlanır

"İş adamı, milyarder Badri Patarkasişvilinin qətlinə hazırlığa sanksiyanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili verib”.

Prokurorluq güman edir ki, Patarkasişvilini dərhal ölümə səbəb olan maddə ilə zəhərləyiblər: "Məhkəmənin qərarı ilə sabiq məmurlar, DİN-nin əməkdaşları N.M., L.K. və R.Ş. xüsusi ağırlaşdırıcı hallarda qətl hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanaraq tutulublar”.

M.Saakaşvilinin müxalifi olmuş iş adamı B.Patarkasişvili 2008-ci ilin fevralın 12-də, İngiltərənin Surrey qraflığındakı Lezerhed şəhərində olan evində vəfat edib.

Britaniya polisi ilk əvvəl ölümü şübhəli saysa da, sonradan Patarkasişvilinin ürəktutmadan vəfat etdiyini bildirib.

Ölümündən bir neçə ay əvvəl B.Patarkasişvili Gürcüstanda prezident seçkilərinə qoşulmaq niyyətini açıqlamışdı.

mənbə: milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb