Saakaşvilinin oğlu da "donuz qripi"nə yoluxdu

17:08 | 15.01.2019
Saakaşvilinin oğlu da

Saakaşvilinin oğlu da "donuz qripi"nə yoluxdu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna - "donuz qripi"nə yoluxub.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat yayıb.

O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib.

Rəsmi məlumata görə, Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir.

Qurbanların sayı 17-yə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb