Sağalmaz xərçəngə qarşı vasitə tapıldı

21:16 | 25.04.2018
Sağalmaz xərçəngə qarşı vasitə tapıldı

Sağalmaz xərçəngə qarşı vasitə tapıldı

Yaponiyanın RİKEN Fiziki-kimyəvi Tədqiqatlar İnstitutunun alimləri araşdırmalar zamanı A vitamininin tərkibindəki kimyəvi birləşmələrin müalicəsi qeyri-mümkün olan qaraciyər xərçəngi kimi tanınan hepatoselüler karsinomun təkrarlanmasına maneə törətdiyini aşkarlayıblar. 

Anews.az xəbər verir ki, bununla bağlı məlumat "MedicalXpress”in yayımladığı press-relizdə yerləşdirilib. 

Araşdırmaçıların fikrincə, asiklik retinoid qaraciyər hüceyrələrində şişlərin inkişafına kömək edən MYCN geninin azaldılmasına yardım edir. 

Araşdırmaların nəticəsinə görə, MYCN geninin aktivliyi hüceyrənin bölünməsinin dərəcəsini azaldır, toxuma artımına maneə törədir və ölü hüceyrələrin sayını artırır. 

Alimlər xərçəng xəstəliyindən əziyyət çəkən və əməliyyatdan sonra yüksək dozalı asiklik retinoiddən istifadə edən şəxslərdən qaraciyər toxumasının biopsiyasını götürüblər. 

Məlum olub ki, preparat qaraciyərdə kök hüceyrələrin sayının azaldılmasına səbəb olur. 

Alimlər preparatın effektivliyini sübut etmək üçün insanlar üzərində tibbi sınaqlara başlayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM