Namizədlərin qeydə alınması prosesi başlayır

17:32 | 19.02.2018
Namizədlərin qeydə alınması prosesi başlayır

Namizədlərin qeydə alınması prosesi başlayır

Fevralın 20-dən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

AzVision.az xəbər verir ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

Qeyd edək ki, bu günədək 12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM