Sabiq deputat dünyasını dəyişdi

12:21 | 15.03.2018
Sabiq deputat dünyasını dəyişdi

Sabiq deputat dünyasını dəyişdi

A24.az xəbər verir ki, Bilal Baxşalı oğlu Mahmudov ötən gün günorta saatlarında, 89 yaşında qəflətən vəfat edib.

Xatırladaq ki, Bilal Mahmudov 05 may 1929-cu ildə Tərtər rayonunda anadan olub. O, uzun müddət partiya dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə, Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və həmçinin Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib, eləcə də IX və X çağırışlar üzrə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM