• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Şahbazın məktublarını kim yazır?

Şahbazın məktublarını kim yazır?
01.09.2014 18:25
“Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı işi sıfıra bərabərdir. Bu Komitəni Azərbaycanda niyə saxlayırlar, biz anlamırıq. Dəfələrlə onlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət irəliləyiş yoxdur”.Bunu ANS PRESS-ə açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Şahbaz Quliyev əmisi oğlu Natiq Quliyev deyib. O, BQXK-nın fəaliyyətindən narazı olduqlarını söyləyib:“Onlar niyə bu işi iki-üç ayın içində həll edə bilmədilər? Mən Şahbazın əmisi oğlu olaraq BQXK-nın fəaliyyətindən qətiyyən narazıyam. Mənim ailə üzvlərim, bütün nəslimiz, kökümüz həmin təşkilatın fəaliyyətindən narazıdır. Dəfələrlə onlara müraciət etmişik. Onlar isə çalışdıqlarını söyləyirlər. Çalışsalar, əsirimizi geri qaytararlar”.N. Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin girovlarla keçirdiyi görüşlərin nəticəsiz qaldığını da ifadə edib:“Görüşlər keçirirlər. Görüşdən sonra 200 kiloluq kişidən bir vərəq yazılı kağız gətirir. Görüş zamanı onun səsini yazıb gətirsinlər. Şəklini gətirsinlər. Erməni dövləti o qədər hegemon dövlətdir ki, onlar bir şəkil götürüb gələ bilmirlər? Ürəyimiz partlayır. Keçi saqqalın biri Qızl Xaçın ofisində oturub. Gedib əsirləri gətirsinlər. Erməni olsaydı, 10 dəfə qaytarmışdı. Şahbaz diversant deyil. Nə vaxt görmüşük ki, azərbaycanlılar öz torpaqlarında əsir götürülsün? Qızıl Xaç Komitəsi laqeyiq yanaşır. Şahbazdan gətirdikləri məktubları da yalandan özləri yazırlar. Bununla da başımızın altına yastıq qoyurlar. Qızıl xaç gedib mənim əmim oğlunu alıb gətirsin. Bizim məktubla başımızı aldadırlar”. Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İndiyə qədər BQXK-nın mandatına uyğun olaraq girovlarla 3 dəfə görüş keçirilib. Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Muradov İrəvanda NATO Parlament iclasında iştirak edir
Siyasət 13:10
Muradov İrəvanda NATO Parlament iclasında iştirak edir
İnvestisiya forumu hər il keçiriləcək - Emin Ağalarov
Siyasət 09:53
İnvestisiya forumu hər il keçiriləcək - Emin Ağalarov
Azərbaycan dünyada investisiya cəlbediciliyi üzrə 70-ci pillədədir
Siyasət 09:50
Azərbaycan dünyada investisiya cəlbediciliyi üzrə 70-ci pillədədir
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 17:39
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb
Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 17:36
Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Malta Prezidentini təbrik edib
Siyasət 11:15
İlham Əliyev Malta Prezidentini təbrik edib
Prezident sosial şəbəkə hesablarında ruandalı həmkarı ilə görüşündən paylaşım edib
Siyasət 20:59
Prezident sosial şəbəkə hesablarında ruandalı həmkarı ilə görüşündən paylaşım edib
Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 16:46
Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol