“Şahdəniz 2” ilə bağlı görülən işlər açıqlandı

17:00 | 16.02.2018
“Şahdəniz 2” ilə bağlı görülən işlər açıqlandı

“Şahdəniz 2” ilə bağlı görülən işlər açıqlandı

2017-ci il "Şahdəniz 2” və "Cənubi Qafqaz Boru” kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub. Hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb. 

"BP-Azerbaijan” şirkətindən anews.az-a verilən xəbərə görə, hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

"Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb:

"Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz 2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilib. 

2017-ci ildə "Şahdəniz 2”  platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular təhlükəsiz şəkildə yola salındı və dənizdə quraşdırıldı, hazırda istismar sınaqları davam edir.

Səngəçal  terminalında "Şahdəniz 2” üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni "Şahdəniz 2” qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq "Şahdəniz 2” hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun.

Ümumilikdə "Şahdəniz 2” və "Cənubi Qafqaz Boru” Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub. Onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb