Şahzadə Salmanın ingilis dili müəllimi: “Həyasız və ərköyün uşaq idi”

20:00 | 11.12.2018
Şahzadə Salmanın ingilis dili müəllimi: “Həyasız və ərköyün uşaq idi”

Şahzadə Salmanın ingilis dili müəllimi: “Həyasız və ərköyün uşaq idi”

"BBC”nin ərəb dilində xidmətinin müxbiri Rəşid Sekkai Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman uşaq olanda ona ingilis dilindən dəsr deyib.
"Ölkə.Az” xəbər verir ki, Sekkai o dövrdə yaşadıqlarını və şahzadənin necə şagird  olduğunu yazıb.

Müxbir bildirib ki, 1996-ıc ildə Ciddədə prestijli "El Anjal” məktəbində müəllim işləyib və bir gün ona zəng gəlib:

"O dövrün ər-Riyad icra başçısı şahzadə Salman Əbdüləziz əl-Səud və ailəsi müvəqqəti olaraq Qırmızı dəniz vilayətinin paytaxtı Port Sudana köçmüşdü və uşaqlarının müəllimə ehtiyacı var idi. Sonra isə kral olacaq Səlman bin Əbdüləziz əl-Səud məktəbə zəng etdi və məni saraya göndərdilər. Əl-Səudun ilk evliliyindən olan şahzadə Türki, şahzadə Nayif, şahzadə Halid və şahzadə Məhəmmədə dərs deyəcəkdim”.

Sekkai bildirib ki, şəhərin lüks səmtlərindən birindəki mənzildə yaşayıb:

"Sürücü səhər 07:00-da məni evdən məktəbə aparır, günorta dərslər bitəndə saraya gətirirdi.  Təhlükəsizlik baryerlərini keçəndə əsrarəngiz villalar görürdüm. Villaların baxçalarında ağ paltarlı işçilər var idi. Həddən artıq lüks avtomobillərlə dolu bir avto dayanacaq da var idi. O zaman həyatımda ilk dəfə çəhrayı rəngli "Cadillac” gördüm”.
Saraya gələndə Sekkaini Mansur əl-Şəhri adlı şəxs qarşılayıb.  O dövrdə əl-Şəhri 11 yaşlı Salmanla çox yaxın olub:

"Salman dərslərdənsə, saraydakı mühafizəçilərlə vaxt keçirməyi daha üstün tuturdu. Ən böyük qardaş olduğu üçün istədiyini edə biləcəyini düşünürdü. Məhəmməd gələnə qədər o biri şahzadələr məni dinləyirdilər və dediklərimi edirdilər. Məhəmməd isə dərsin ortasında işçilərdən aldığı telefonla danışır, haqqımda həyasızcasına şərhlər edir, qardaşları və müahafizəçilərlə zarafatlaşırdı”.

Sekkai bildirib ki, şahzadə qızları heç vaxt görməyib:

"Krallıqdakı qadınlar yad adamların yanında görünməzdi. Sonra Salman mənə təhlükəsizlik kameralarını göstərdi və məni izlədiklərini başa düşdüm. O gündən dərslərdəki davranışlarıma diqqətlə yanaşdım. Şahzadələrə ingilis dilindən dərs deyirdim amma onlar öyrənməyə həvəsli deyildilər”.

Bir gün sarayın işçisi Mansur əl-Şəhri Sekkaidən gələcəyin kralı Əbdüləziz əl-Səudla tanış olmaq istəyində olub-olmadığımı soruşdu:
"Əl-Səud uşaqların dərsdəki vəziyyətləri ilə bağlı məlumat almaq istəyirdi. Düşündüm ki, bu, şahzadə Məhəmmədin davranışları barədə məlumat vermək üçün əla fürsətdir. Şahzadə Salman Əbdüləzizin ofisinin qarşısında şahzadələrin digər müəllimləri ilə gözləyirdim. Bütün müəllimlər krallıq protokollarını yaxşı bilirdilər. Şahzadə Salman bizi qəbul edəndə müəllimlər əyilib onun əlini öpdülər. Növbə mənə çatanda əyilmədim, əvvəlcə də belə hərəkət etməmişdim. Sadəcə gələcək kralın əlini sıxdım. Şahzadə Məhəmməd barədə heç nə demədim çünki İngiltərəyə qayıtmaq barədə qərar vermişdim”.
Müxbir bildirir ki, sonradan Əl-Şəhri krallıq protokoluna boyun əymədiyi üçün onu danlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb