Şamaxıda torpaq sürüşməsi

13:26 | 17.08.2018
Şamaxıda torpaq sürüşməsi

Şamaxıda torpaq sürüşməsi

Şamaxıda yenə torpaq sürüşməsi baş verib. "Qafqazinfo” ARB TV-ə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər 48-a məhəlləsində Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, aktivləşən sürüşmə hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə istiqamət alıb. Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.
 
Qeyd edək ki, bu ərazidə torpaq sürüşməsi 3 ilə yaxındır ki, davam edir. Məhəllədə yerləşən 13 ev təhlükə ilə üz-üzədir. Hazırda 7 ailə öz evində yaşamır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb