​Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN

23:20 | 18.11.2017
​Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN

​Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN

2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün müxtəlif taktikalara əl atır.
 
Publika.az xəbər verir ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.
 
Ermənistan mediasının məlumatına görə, Sarkisyan baş nazir Karapetyanla hakimiyyət bölgüsündə razılaşıb. Bölgüyə görə, Sarkisyan baş nazir, Karapetyan isə baş nazirin birinci müavini olacaq. Lakin Karapetyanın hökumətə rəhbərlik etmək səlahiyyəti əlindən alınmayacaq. Sarkisyan isə baş nazir olaraq, daha çox siyasi prosesləri idarə edəcək. Karapetyanın bu təklifə razı olmasının səbəbi isə baş nazir olaraq Azərbaycan lideri ilə Qarabağ danışıqlarını apara bilməməsidir.
 
Hazırda İrəvanda hakimiyyət bölgüsünün tamamilə başa çatdığı deyilir. Lakin Sarkisyanın Karapetyana qarşı gizli planının olması haqda da məlumatlar var.
 
Bir neçə gün öncə "Çorord İnknişxanutyun” qəzeti yazırdı ki, Karen Karapetyanın ətrafında xüsusi taktika ilə gizli şəkildə intriqalar şəbəkəsi hörülür.
 
"Serj Sarkisyan daxili strukturlara hücum etmək və baş naziri məhv etmək tapşırığı verib. Sarkisyan Karapetyanı hər məsələdə ondan asılı olacaq qədər zəiflətmək niyyətindədir. Bu planın son mərhələsi 2018-ci ilin yazında başa çatmalıdır”, - deyə qəzet qeyd edir.
 
Həmin vaxta təxminən 5 ay müddət qalıb. Bu müddətdə Karapetyana ciddi hücumlar ediləcək. Artıq Sarkisyana yaxın mediasının baş nazirin bacarıqsız olması və iqtisadi geriləmə haqda silsilə yazılar dərc edir. Karapetyana həlledici zərbə isə məhz 2018-ci ilin aprelindən öncə vurulacaq.
 
Ermənistan mediası qarşıdakı 5 ayda ölkədə ciddi siyasi qarşıdurmaların yaşanacağını yazır. Xüsusilə Kremlin öz adamı Karapetyana dəstək verəcəyi, lazım olacağı təqdirdə, İrəvanda siyasi böhran yaradacağı qorxuları da var.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb