Seçki başladı: məntəqələr seçicilərin üzünə açıldı

08:16 | 11.04.2018
Seçki başladı: məntəqələr seçicilərin üzünə açıldı

Seçki başladı: məntəqələr seçicilərin üzünə açıldı

Artıq ölkə üzrə müəyyən edilmiş seçki məntəqələrində səsvermə başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçki məntəqələri 08:00-dan etibarən açılır və 19:00-da bağlanacaq. Bu gün 5 milyon 315 min seçici növbəti 7 il ərzində ölkə prezidentini seçəcək.

MSK-nın məlumatına görə, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin ixtiyarına verilib. Məntəqələrin 41-i ölkə xaricində yerləşir.

MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatı açıqlayacaq.

Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov prezidentlik postu uğrunda mübarizə aparır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM