Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetovun mahnı oxuması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Diplomat restoranların birində Qazaxıstanın məşhur bəstəkarı Toleqan Məhəmmədcanovun müşayiəti ilə rus romansı "Nahaq sözlər”i ifa edib. İnstagramda sürətlə yayılan görüntü izləyicilərin rəğbətini qazanıb, Tasmaqambetovun ünvanına təriflər yağdırılıb.
Qazaxıstan mediası qeyd edir ki, səfir daha əvvəllər də öz ifa bacarığını nümayiş etdirib. /qafqazinfo
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !