Səfirimizin oğlu həbs edildi

16:12 | 22.06.2018
Səfirimizin oğlu həbs edildi

Səfirimizin oğlu həbs edildi

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Emil Osmanovu həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Fontanka.ru” saytı yayıb. Osmanov 22 iyunda Vyanadan Minskə gələn zaman həbs edilib. O, qanun bank fəaliyyətlərində ittiham edilib. Belarus polisinin iddiasına görə, Osmanov pul vasitələrinin nağlaşdırılması sxeminin təşkilatçılarından biri olub.

"Haqqin.az” saytı Emil Osmanovun Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğlu olması haqqında məlumat yayıb. Səfir artıq sayta açıqlamasında faktı təsdiq edib. O, Emil Osmanovun onun birinci nikahından olan oğlu olduğunu deyib.

Osmanovun oğlu ilə uzun müddət ərzində əlaqə saxlamadığı vurğulanıb.

Qeyd edək ki, Qüdsi Osmanovun ikinci nikahından üç övladı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM