Şəhid polislərimizə abidə ucaldıla bilərmi? - AÇIQLAMA

13:40 | 13.07.2018
Şəhid polislərimizə abidə ucaldıla bilərmi? - AÇIQLAMA

Şəhid polislərimizə abidə ucaldıla bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyulun 10 Gəncə qanunsuz aksiya keçirilib. Qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib.
 
Qarşıdurma zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilib. Şəhid polislərimizin adlarının əbədiləşdirilməsi üçün Gəncədə abidə ucaldıla bilərmi?
 
 

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, hazırda istintaq gedir: "Hadisələr sakitləşdikdə və cinayətkarlar öz cəzalarını alandan sonra bu məsəəni qaldırmaq olar”. 
 
 

Deputat Aydın Hüseynov vurğulayıb ki, şəhidlər üçün ən böyük abidə xalqın verdiyi qiymət və hörmətdir: "Bizim dövlətçiliyimiz uğrunda onlarla şəhidimiz var. Şəhidlərimizə Azərbaycan xalqı tərəfindən böyük sevgi var. Onların adlarının abidələşdirilməsi üçün zaman lazımdır. Əsas odur ki, onlar vətən uğrunda şəhidlik mərtəbəsinə ucalıblar. Onların xatirələri bu gün çox ehtiramla yad edilir”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM