Bu gün "Murov Qartalı" ləqəbli komandirimiz, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi, aprel şəhidi Raquf İbrahim oğlu Orucovun doğum günüdür.
BiG.AZ xəbər verir ki, erməni quldurlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı, vətən yolunda canını fəda edən şəhid Raquf yaşasaydı 46 yaşını qeyd edəcəkdi. Orucov, 1972 -ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub.
Xatırladaq ki, hərbçimiz aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Raquf Orucov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !