Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.
Medalı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Əli Tatarova təqdim edib.
Xatırladaq ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub. (Ordu.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !