Şəhidlər Xiyabanında dəfn olunmayan 20 Yanvar şəhidi - VİDEO

17:35 | 20.03.2018
Şəhidlər Xiyabanında dəfn olunmayan 20 Yanvar şəhidi - VİDEO

Şəhidlər Xiyabanında dəfn olunmayan 20 Yanvar şəhidi - VİDEO

Bir oğul doğuldu… 1958-ci ilin həzin aprel günündə. Adımız xasiyyətimizdir deyirlər. Bəlkə də elə ona görə Səxavət adı verdilər ona. Böyüdüyü zaman ailəsinə, dostlarına, vətəninə səxavətli oğul olsun. Elə də oldu… Bütün əhatəsi onu hər zaman ayrı tuturdu, ayrı sevirdi, hörmət bəsləyirdi… Çünki bam-başqa idi Səxavət… onu ayıran, xüsusiləşdirən xasiyyəti vardı.

Sürücü kimi çalışan Səxavət həm də istedadlı klarnet ifaçısı idi. Ailə ansamblı ilə 3 qardaş Digah kənd toylarında iştirak edirdilər. Ancaq evləndikdən sonra artıq bu sənətdən birdəfəlik uzaqlaşdı.Həyat yoldaşı Şəhla xanımla isə dövrün adətinə görə anasının seçimi ilə evlənmişdi. Ancaq bir -birlərini tanıdıqdan sonra həyat yoldaşı, ömür yoldaşı olacaqlarına, sadiq olacaqlarına and içmişdilər. Səadət sarayında "Yaxşı gündə, pis gündə” bərabərliyə söz vermişdilər… Ta ki o xain gəcə bütün arzuları yarım qoyana qədər…

Hər yeri dolaşırdı bu xəbər, hər kəs çağırılırdı. Ölkəmizə qoşunlar gələcək, qarşısını alaq xəbərinə laqeyd qala bilmədi. "Getmə, vəziyyət qorxuludur” sözünə "məgər kişi deyilik biz?” dedi qəhəmancasına. Bəli… O gecə hər kəsi şəhidliyə aparan də məhz o söz idi.
Səxavətini aldı o gecə ondan,  Səxavət kimi min-lərlə oğullar vaxtsız getdi dünyadan… qapı-qapı, küçə- küçə dolaşdı qara xəbər…. Hamı küçələrə axışdı, övladını axtaran kim, atasını axtaran kim, həyat yoldaşını axtaran kim…

Bütün Azərbaycan qara geydi o sabah… Ağı dedi qız, gəlinlər … Bundan böyük dərd olarmı?… Bir gecədə iki körpəsinin səxavətli atasını aldılar ondan….

İnsana yönəlməsi, insan üstündə sınaqdan keçirilməsi qadağan olunmuş güllələri işlətdilər günahsız insanların üstündə… Nə idi onların günahı?… Azadlıq eşqi ilə, vətən eşqi ilə alışıb-yanan ürəklərinin atəşində qovruldular…

Doğulduğu, böyüdüyü dogma Digah kənd qəbiristanlığında dəfn etdilər, abidəsini ucaltdılar. Bütün kəndin ən müqəddəs ziyarətgahına çevrildi bu məzar…

Tək orda ucalmadı abidəsi… İşlədiyi qarajda heykəlini ucaltdılar. Ata istiliyinə, ata qayğısına doymadan, ata nəvazişinə doymadan onu torpağa verən qəhrəman övladı kiçik əlləri ilə heykəlini açdı. Atasının məzarına, heykəlinə qəlbindəki üsyanların səssiz fəryadı olan qərənfilləri qoydu… Nə hiss etdiyini, 5 yaşında nələrlə savaşdığını düyümlənmiş qaşları kimi düyünlədi qəlbində….

Övlad sevgisi bir başqa idi onda. Bütün dünya bir tərəfə, övladları br tərəfə… Ancag onların xoş gününü görmək nəsib olmadı.  Nə Heydərin, Nə Günelin… Övladının kiçik toyunu belə görə bilmədi… Yarım qaldı arzuları…

Digah kənd orta məktəbi də Səxavət Məmmədovun adını daşıyır. Orda böyüyən, təhsil alan bütün övladlar onu örnək alsın deye, ona bənzəsin deyə…
Şəhla xanım fəxr edir Şəhid xanımı olduğu üçün… Həyat yoldaşı Vətən uğurunda, Azərbaycan uğurnda, müstəqillik uğurunda şəhid olduğu üçün fəxr edir…

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM