Səhiyyə nazirindən YENİ ƏMR

14:53 | 18.04.2018
Səhiyyə nazirindən YENİ ƏMR

Səhiyyə nazirindən YENİ ƏMR

Səhiyyə naziri Oqtay Şirəliyev "İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.

Anews.az xəbər verir ki, Bu barədə  saytına Nazirliyin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda "İmmunlaşdırma həftəsi” keçirilir. Əmrdə idarə və müəssisələrin rəhbərlərinə aprelin 23-dən 29-dək şəhər və rayonlarda "İmmunlaşdırma həftəsi”nin təşkili tapşırılıb. Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarında monitorinqin keçirilməsi, əhalinin maarifləndirilməsi də əmrdə əksini tapıb.

//Virtualorg.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM