Səhiyyə Nazirliyində yeni təyinat olub

16:49 | 18.05.2018
CBC telekanalında Xəbərlər Departamentinin prodüseri Yaqut Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a faktı təsdiqləyib. S.Əhmədova bildirib ki, Yaqut Məmmədova hazırda məsləhətçi olaraq çalışır.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

www.anews.az