Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla
ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə
heç-heçəyə razılaşıblar.
Bununla da, Məmmədyarov turnirdə 7-ci
heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə
görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki
şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib -
0,5:0,5.
Turun digər görüşləri:
Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) - 1:0
Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !