Şəhriyardan növbəti qələbə

10:03 | 16.08.2018
Şəhriyardan növbəti qələbə

Şəhriyardan növbəti qələbə

Bu gün Sent-Luisdə (ABŞ) "Grand Chess Tour” seriyasının üçüncü mərhələsində - "Saint Louis Rapid & Blitz”də Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iştirak edib. Yarışın nəticəsinə görə o, üçüncü yeri tutub. 

BAKU.WS-in məlumatına görə, qrossmeysterlər blitsdə doqquz partiya keçiriblər. 15-ci turda Şəhriyar cari yarışda son qələbəni Serqey Karyakin (Rusiya) qarşısında qazanıb. 

Levon Aronyananı (Ermənistan) və Fabiano Karuanunu (ABŞ) məğlub edən təmsilçimiz aktivindəki 21 xalla 3-cü pillədə qərarlaşıb. Qələbəni 22,5 xalla Xikaru Nakamura (ABŞ) bayram edib. Vaşe-Laqrav (Fransa) 21,5 xal toplayaraq 2-ci pilləyə yiyələnib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM