Sən demə, burun qurdalamaq insan orqanizminə FAYDALIDIR

01:26 | 24.06.2018
Sən demə, burun qurdalamaq insan orqanizminə FAYDALIDIR

Sən demə, burun qurdalamaq insan orqanizminə FAYDALIDIR

Cəmiyyətdə xoş qarşılanmayan, qeyri-etik və hətta sərt şəkildə desək, mədəniyyətsizlik hesab edilən burun qurdalamaq sən demə, insan orqanizminə faydalıdır. Hətta bununla da bitmir, burundan çıxarılan "tullantılar"ı oynadıb atmaq yerinə yemək daha faydalıdır.
Publika.az xəbər verir ki, yaxın zamanlarda aparılan araşdırmalardan sonra belə qərara gələn elm adamları bu barədə açıqlama veriblər. Elm adamlarının sözlərinə görə, burun qurdalamaq salfetka ilə təmizləməkdən qat-qat daha effektiv və xeyirlidir.

Araşdırmanın rəhbəri Avstriyadakı İnsbruk Universitetinin ağciyər xəstəlikləri üzrə mütəxəssis professoru Fridrix Bişingerdir. Alim qeyd edir ki, cəmiyyətdə tənqid edilən, xoş qarşılanmayan, qeyri-etik davranış olaraq qiymətləndirilən burun qurdalamaq əslində xeyirlidir. Burundan çıxarılan tullantıların yapışqan və selikli bir maddə olduğunu vurğulayan professor, bu maddənin bədəndəki mikroblarla mübarizə apara biləcək təsirə malik olduğunu deyib. Hətta immuniteti gücləndirən dərman preparatlarından daha effektiv olduğunu belə iddia edib.

Professor burundan çıxarılan quru qalıqların insanın immunitet sistemini gücləndirdiyini açıqlayıb: "Burun insan orqanizmində bakteriyaların ən çox nüfuz etdiyi və yığıldığı orqandır. Burada yığılan bakteriyalar filtr kimi burun daxilində olan maddəyə qarışır. Və insanlar bu yığıntıları yedikləri zaman onlar, bağırsaqlarda yarana biləcək xəstəliklərin qarşısını almış olurlar".

Eyni selikli maddə qulaqlarda da müşahidə olunur. Qulaq pərdəsinə gedə biləcək bir çox mikrob və eləcə də yad cisimlərin qarşısını alan selikli maddə əslində immun sistemi üçün faydalı hesab edilir. Bu maddələr dişlərin çürüməsinin qarşısını alır. Mütəxəssislər burun və qulaqdan alınan ifrazatın dişlərə faydalı olduğu qənaətinə gəldikdən sonra hətta bu ifrazatdan diş məcunu hazırlamaq fikri üzərində işləyirlər.

Amerikalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, burun ifrazatı eyni zamanda tənəffüs yollarında yarana biləcək xroniki xəstəliklərin, infeksiyaların və mədə xorasının da qarşısını alır.
Yəqin ki, bu oxuduqlarınız sizi uşaqlıq illərinə qaytardı. Valideynlər uşaqların bu adətini tərgitmək üçün düşünmədikləri çıxış yolları qalmayıb. Gigiyenik olmasa da, kənardan iyrənc vərdiş kimi görünsə də, faydaları ilə yanaşı, zərərləri də var. Ehtiyatlı olmaq lazımdır ki, burun boşluğuna infeksiya düşməsin.

Alimlər araşdırmalarının nəticəsini burun qurdalayan və qurdalamayan insanlar üzərində eksperiment apararaq dəqiqləşdiriblər. Eksperimentin nəticələrinə görə, burun qurdalayan insanların orqanizmi digərlərinə nisbətən daha sağlam çıxıb. Amerikalı mütəxəssislər burun qurdalayan insanlara çıxarılan tullantıları yeməyi məsləhət görür.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti