Serj Sarqsyan 3 gündür Azərbaycandadır

10:30 | 09.08.2018
Serj Sarqsyan 3 gündür Azərbaycandadır

Serj Sarqsyan 3 gündür Azərbaycandadır

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, o, 3 gündür Xankəndidədir.

S.Sarqsyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.

Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, S.Sarqsyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb