Dekabrın 18-də İrəvanda qanuni oğruların növbəti yığıncağı keçiriləcək.
Publika.az xəbər verir ki, bu haqda "Qraparak" qəzeti bildirib.
Nəşrin yazdığına görə, kriminal avtoritetlər "Armen Kanevski” kimi məşhur olan qanuni oğru Armen Artünyanın ölümünün 7-ci ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etməyə hazırlaşır.
Artünyan 2010-cu il dekabrın 18-də şəkərli diabet xəstəliyindən ölüb. Müxtəlif ölkələrdən olan avtoritetlər hər il bu tarixdə onun qəbrini ziyarət etmək üçün İrəvana toplaşırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !