Sərkisyanın ardınca partiyası da təslim oldu

01:01 | 29.04.2018
Sərkisyanın ardınca partiyası da təslim oldu

Sərkisyanın ardınca partiyası da təslim oldu

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyanın Vanadzor şəhərində izdihamlı mitinqinin başladığı dəqiqələrdə parlamentdə səs çoxluğuna malik olan Respublika partiyası mayın 1-də baş nazir postuna namizəd irəli sürməyəcəyini elan edib. Partiyanın sözçüsü, vitse-spiker Eduard Şarmazanov bildirib ki, bu barədə partiyanın Ali orqanı qərar çıxarıb.

Şarmazanov bildirib ki, partiya bu qərarı Ermənistanın daxili sabitliyi və təhlükəsizliyi naminə, yaranmış vəziyyətdən çıxış edərək verib. Respublika partiyası 105 yerlik parlamentdə 58 mandata sahibdir. Partiyanın lideri Serj Sərkisyan aprelin 23-də baş nazir postundn istefa verməyə məcbur olub.

Respublika partiyasının baş nazir postuna namizəd irəli sürməmək barədə qərarını Nikol Paşinyan Vanadzordakı mitinqdə şərh edib. Bildirib ki, əgər Respublika partiyası digər partiyalarla birlikdə "xalqın irəli sürdüyü namizədi” (burada Paşinyan özü nəzərdə tutulur) dəstəkləyəcəksə indiki tarixi hərəkatın həmmüəlliflərindən birinə çevriləcək.

Paşinyanın sözlərinə görə Respublika partiyası pis qərar verməyib, amma yaxşı qərar da deyil. Əgər partiya qərar versə ki, digər partiyalarla birlikdə xalqın irəli sürdüyü namizədin baş nazir seçilməsini dəstəkləyəcək, bu daha yaxşı qərar olardı.

"Demək istəyirəm ki, mən Respublika partiyasının bütün deputatları ilə eyni vaxtda görüşməyə, onları bu nifrət səhifəsini bağlamağa hazır olduğumuza inandırmağa çalışacam. Biz ciddi danışırıq. Əgər onlar bu addımı atsalar indiki tarixi hərəkatın həmmüəllifləri olacaqlar”-Paşinyan deyib.

"Xalqın seçdiyi namizəd” onu da bildirib ki, əgər başqa siyasi qüvvələr və xadimlər qələbəni xalqın əlindən almağa çalışsalar onların Ermənistan siyasi səhnəsindən silinməsi baş verəcək.

"Proseslərin bizim xeyrimizə cərəyan etməsinə baxmayaraq mən sabah saat 12.00-da Yerevanda və bütün Ermənistan ərazisində kütləvi vətəndaş itaətsizliyini bərpa edəcəyik. Bütün təhsil müəssisələri tətil elan edir, bütün yollar bağlanır”-Paşinyan bildirib.

* * *19:38

Ermənistandakı müqavimət hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi avtoyürüşün iştirakçıları Vanadzora çatıblar və burada izdihamlı mitinq başlayıb.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, avtoyürüş iştirakçılarını yol boyu Çarentsavanda, Qaqarində, Lçaşendə, Razdanda, Tsovaqüxdə, Sevanda alqışlarla qarşılayıblar.

İcevanda mitinq keçirilib. Bütün yaşayış məntəqələrində insanlar avtomobilləri saxlayaraq, Paşinyanı və onun tərəfdarlarını salamlayıblar.

Bəzi yerlərdə Paşinyan qısa çıxışları edərək, insanları diqqətli olmağa çağırıb.

Qeyd edək ki, avtoyürüşdə Paşinyanı erməni əsilli Kanada aktrisası Arsine Xancyan və kinorejissor Erik Nazaryan müşayiət edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb