Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR

İqtisadiyyat 09-08-2018 10:01
Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib.

Unikal.org xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib. Onun verdiyi məlumata görə, Tarif Şurasının məlum qərarından sonra DANX daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub:

"Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb.

Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır.

Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".

www.anews.az