Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO

09:45 | 21.09.2018
Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda təşkil olunan vida mərasiminin görüntüləri yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz ofisində həmvətəni Gözəl Dəmirov tərəfindən güllələnən İsmayılovun vida mərasimi dünən ikindi namazı vaxtında Floriya Yeni Camisində düzənlənib.

Vida mərasiminə ictimaiyyətin tanınmış nümayəndələri qatılıb. 

Etimad İsmayılovun cənazəsi bu gün dəfn olunmaq üçün Bakıya gətirilib.

Etimad İsmayılov keçmiş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, jurnalist Türkiyənin "Star" qəzetinin yazarı Sevil Nuriyevanın həyat yoldaşı idi. 

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov hadisədən bir neçə saat sonra polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçib. Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən "Glock" markalı tapança aşkar edilib. 

Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib.

Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

Dəmirov polisə ifadəsində bildirib ki, o bu qətli törətməsəydi, İsmayılov onu öldürəcəkdi.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb