• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbəri dəyişdi - FOTO

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbəri dəyişdi  - FOTO
25.04.2016 19:04
SOCAR Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə "SOCAR Turkey Energy"nin baş direktoru təyin edilib.

Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən tutduğu postdan istefa verən  "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) Kənan Yavuzu əvəz edəcək.

"SOCAR Turkey Energy"dən  bildirilib ki,  İdarə Heyətinin sədri Vaqif Əliyev K. Yavuza "SOCAR Turkey Energy" şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzu edib: "Kənan Yavuz fəaliyyəti ərzində "SOCAR Turkey" şirkətinə xidmət edib, onun rəhbərliyi altında Şirkət uğurlara imza atıb. CEO fəaliyyəti ərzində o, həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılmasına, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz Qrup Şirkətlərimizdəki İdarə Heyətinin üzvlüyünü davam etdirəcək".

V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətçiliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra edib. "Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, "SOCAR Turkey" şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq", - deyə İdarə Heyətinin sədri vurğulayıb.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol