Soçidə mühüm anlaşma: İrandan ABŞ-a açıq mesaj

20:20 | 18.09.2018
Soçidə mühüm anlaşma: İrandan ABŞ-a açıq mesaj

Soçidə mühüm anlaşma: İrandan ABŞ-a açıq mesaj

Soçi görüşü çox mühüm bir zamana təsadüf etdi.

Bu sözləri Axar.az-a Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünün yekunu haqda danışan "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Soçidə əldə edilən razılaşmaların Suriya konfliktinin həllində önəmli rol oynaya biləcəyini düşünür:

"Suriyada bir neçə koalisiyanın rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatları nəticəsində bütün radikal təşkilatlar İdlib bölgəsində toplaşdı. Məhz buna görə də son məqamda Suriya, Rusiya və İran hərbiçilərinin İdlibə hücumu ilə bağlı hazırlıqlar gedirdi. Suriya Ordusu İdlibi hərtərəfli mühasirəyə almışdı. Ancaq Türkiyə belə bir həssas məqamda öz nüfuzundan istifadə edərək, bölgədə mümkün hərbi əməliyyatların mülki insanlara verəcəyi ziyanın qarşısını almaq və nüfuzu altında olan qrupları qorumaq üçün sülh yolunu seçdi. Rusiya da bu məsələdə Türkiyə ilə razılaşdı. Belə ki, Türkiyə Rusiyanın dəstəyi ilə böyük bir qırğının qarşısını alaraq, Suriyada uğur qazandı”.

Politoloq görüşün İran tərəfinin iştirakı olmadan baş tutması ilə bağlı məqama da toxunub:

"Rusiya-Türkiyə-İran birgə antiterror koalisiyası gələcəkdə İdlibdə silahsızlaşdırma siyasəti aparacaq və beləliklə də genişmiqyaslı əməliyyatların qarşısını alacaq. İran tərəfi görüşdə iştirak etməsə də, razılaşmaları dəstəklədi. Əslində, Tehranın bu hərəkəti ABŞ-a açıq bir mesaj idi”.

Qeyd edək ki, Putin və Ərdoğan dünən Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM