Sofiyada “Azərbaycan filmi” gecəsi

23:10 | 19.01.2017
Sofiyada “Azərbaycan filmi” gecəsi

Sofiyada “Azərbaycan filmi” gecəsi

Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində "Azərbaycan filmi” gecəsi təşkil olunub.
 
Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya bildirilib ki, gecəyə Bolqarıstan Xalq Parlamentinin vitse-spikeri Dimitar Qlavçev, parlamentin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmaylov, digər deputatlar, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə Komissiyasının sədri Ana Cumaliyeva, Milli Statistika İnstitutunun sədri Sergey Tsvetarski, dövlət və özəl qurumların, QHT və KİV-in nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri qatılıb. Yanvarın 12-29-da keçiriləcək 9-cu festivalda ilk dəfə Azərbaycan filmləri nümayiş olunub.
 
Filmin nümayişindən öncə səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə verib.  Səfir qeyd edib ki, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci il ildönümüdür.
 
Gecənin açılışında çıxış edən səfir bu tədbirin diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib.
 
Gecədə "Qırmızı bağ” və "Şəhər motivləri” filmləri göstərilib.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb