SON DƏQİQƏ! Farer adaları - Azərbaycan matçı təxirə salına bilər - FOTO

21:53 | 11.10.2018
UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan Farer adaları – Azərbaycan oyunu təxirə salına bilər.
Anews.az xəbər verir ki, buna səbəb dumanlı hava şəraitidir. Hazırda "Torsvollur” stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.
Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən qapıdan meydanın mərkəzi görünmürsə, oyun təxirə salınmalıdır.
Xatırladaq ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

www.anews.az

Xəbər lenti