Şoyqu: İŞİD başqa regionlara köçürülür

14:43 | 24.04.2018
Şoyqu: İŞİD başqa regionlara köçürülür

Şoyqu: İŞİD başqa regionlara köçürülür

Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Suriya və İraqdan çıxarılmasından sonra İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya köçürülüb. 

Anews.az bununla bağlı "RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

"Suriya və İraqdan çıxarılan İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya yerləşdirilir. Orada yeni  terror hücrələri yaradılır”, - Şoyqu bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib. 

O qeyd edib ki, terrorçular tez-tez müasir silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edir. 

"Terrorçuların Suriyada istifadə etdiyi PUA-lar 100 kilometr məsafədən idarə edilə bilir. İnkişaf etmiş ölkələrin texniki yardımı olmadan onların yaradılması mümkün deyil. İnsanların sıx məskunlaşmış ərazilərində bu cür silahlardan istifadə fəlakətə səbəb ola bilər”, - Şoyqu bildirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM