Statistika İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

İqtisadiyyat 25-05-2018 20:19
Statistika İdarəsinə yeni rəis TƏYİN EDİLDİ
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.

Anews.az report-a istinadən xəbər verir ki, indiyə qədər idarənin rəis olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.

Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.

www.anews.az