Sürücülər bu yollardan istifadə etməsin

16:14 | 24.05.2018
Rənglənmə ilə əlaqədar bir neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən anews.az-a verilən məlumata görə, Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - "Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

www.anews.az

Xəbər lenti