Sürücülərin NƏZƏRİNƏ: Cərimələri ödəmək asanlaşdı

10:20 | 13.06.2018
"MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan "Komtec” şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər "AsanPay” sistemi üzərindən aparılır:

"MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.

www.anews.az