Sürücünün sükan arxasında infarkt keçirdiyi an - VİDEO

16:28 | 16.08.2018
Sürücünün sükan arxasında infarkt keçirdiyi an - VİDEO

Sürücünün sükan arxasında infarkt keçirdiyi an - VİDEO

Antaliyada avtobus sürücüsü sükan arxasında infarkt keçirib.

Anews.az unikal.org-a istinadən xəbər bildirir ki, sürücü istifadə etdiyi, içində 50 nəfərin olduğu avtobusu dayandırdıqdan sonra mərkəzə zəng edib. Vəziyyəti haqqında məlumat verən İsmayıl Atladı sərnişinlər üçün avtomobil göndərmələrini tələb edib. O daha sonra sərnişinlərdən kömək istəyib.

Ona ilkin tibbi yardım sərnişinlər tərəfindən göstərilib. 47 yaşlı sürücü "Dostlar özümü yaxşı hiss etmirəm məndən bu qədər. Heç kimin həyatını riskə ata bilmərəm" deyərək davam edə bilməyəcəyini bildirib.

Ağrı çəkdiyi üzündən hiss olunan avtobus sürücü üçün təcili tibbi yardım çağırılıb və onu xəstəxanaya aparıblar. Həkimlərin bildirdiyinə görə, əməliyyat olunan sürücünün hazırkı vəziyyəti normaldır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb