Tacikistanda Milad və Yeni İl qadağası

Tacikistanda Yeni il tədbirləri, yolka ağaclarının qurulması, məktəblərdə hədiyyələr verilməsi qadağan olunub. Bunu «The Guardian» yazır.
Ölkə hələ 2013-cü ildən televiziya ekranlarında Şaxta babanın görünməsini yasaqlamışdı. Ancaq builki qadağalar daha sərt təsir bağışlayır. Təhsil Nazirliyi məktəb və universitetlərdə bayram tədbirlərinə, bunun üçün pul yığılmasına, atəşfəşanlıq keçirilməsinə qadağa qoyub.
İndi yolka ancaq paytaxt Düşənbədə yeni ilə 1-2 gün qalmış qurulacaq, bayramdan sonra dərhal yığışdırılacaq.
Qəzet yazır ki, dünyəvi müsəlman ölkəsi olan Tacikistanda bu bayram mübahisələr yaradır. Sovet və Rusiyanın təsiri ilə bağlı əhalinin fikirləri haçalanıb.
2011-ci ilin sonunda, Yeni il qabağı Şaxta baba kimi geyinmiş bir nəfəri Düşənbədə bıçaqlayıblar. Ailəsi hücumun dini motivli olduğunu desə də, polis bunu təkzib edib, onların içkili olduqlarını bildirib.
Tacikistan mədəniyyətinə yad bayramlar da getdikcə daha artıq təzyiqə məruz qalır. 2013-2014-cü illərdə polisin Hellouini qeyd etmək üçün zombi və vampir kimi geyinənləri saxlaması barədə məlumatlar var.
Dəfn və toy mərasimləri ilə də bağlı bəzi qadağalar qoyurlar. Bu ilin əvvəlində Düşənbədə İrlandiya pabında dostları ilə ad günü keçirən biri 600 dollar cərimələnib. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər