Talıbov fərman verdi - Naxçıvanda yeni qurum yaradıldı

Siyasət 15-02-2018 00:28
Talıbov fərman verdi - Naxçıvanda yeni qurum yaradıldı
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
 
"Qafqazinfo”nun məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
 
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının "Naxavtoyol” Dövlət Şirkətinin  əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
 
"Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” da təsdiq edilib. Agentliyin strukturu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarından ibarət olacaq.
www.anews.az