• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Tanınmış vəkil baş prokurora müraciət etdi

Tanınmış vəkil baş prokurora müraciət etdi
29.05.2020 06:50
"Kamran Həsənli və himayədarları hüquqa qalib gəlməsi münasibətilə 29 dekabrda Bakının məşhur restoranlarının birində qonaqlıq keçirirlər. Bunlar kimə qalib gəliblər? Nəyi qeyd edirlər? Cinayətkar məsuliyyətə cəlb edilməyib. Himayədarların köməyilə məsuliyyətdən kənar qalmaq qələbədir? Hüququn məğlubiyyəti nə vaxtdan qələbə sayılır? Məgər bu adam hüquqdan bu qədər üstündür? Biz onun cinayətinin sübuta yetirilməsi üçün daha hansı vasitəyə baş vuraq?”

Bunu anews.az-a müğənni Samir Piriyevin vəkili, Ceyhun Yusifov bildirib.

Vəkil Ceyhun Yusifov məsələyə yenidən baxılması üçün baş prokuror Zakir Qaralova müraciət edib: 

"Biz, doğrudan da, şahid olduq ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldilər. Bu, çox məyusedici haldır. Faktlar, səs yazıları təqdim olunur, insan özü etiraf edir. K. Həsənli dələduzluq yolu ilə əldə etdiyi 35 min dollara yaxın vəsaiti qaytarıb. Guya şərik kimi istintaqa təqdim olunan adam Türkiyədə saxlanılır və ifadə verir ki, Samirdən pul almayıb. Pulu Kamran ondan necə alıbsa, ondan da istəsin. Nərimanov rayon Prokurorluğu bunları nəzərə alıb cinayət işi başlasın. Bu qədər fakt ola-ola cinayət işi 2 ilə yaxın uzadılır. 

Göstəriş oldu ki, türk Erhan yenidən Bakıya gətirilsin və dindirilsin. İndi türk Bakıya gəlmirsə, iş xitama getməlidir? Erhan əsl həqiqəti Türkiyədə saxlanılanda deyib.

Anlamırıq, istintaqa başqa nə lazımdır?! Artıq belə çıxır ki, dələduzluq elə, Bakıda kimdənsə pul al, sonra da istintaqa söylə ki, pul məndə deyil, 3-cü ölkədə filankəsdədir, oradan da heç bir sənəd təqdim etməyən biri desin ki, mənə heç kəs pul verməyib və dələduz cəzasız qalsın?

Kamran Həsənli işi ört-basdır edən şəxslərə tanınmış restoranların birində hər gün qonaqlıq versin, işin bağlanılmasını qeyd etsin”.

Qeyd edək ki, müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir. Kamran Həsənli Samir Piriyevin 115 min manat pulunu mənimsəyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Cəmiyyət 12:55
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Cəmiyyət 12:24
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Cəmiyyət 11:56
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
Cəmiyyət 11:09
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Cəmiyyət 11:03
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
Cəmiyyət 10:39
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Cəmiyyət 10:33
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol